Şəmkirdə bədbəxt hadisə olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində baş verib.
Kənd sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov yaşadığı evdə xurma yeyərkən xurma onun nəfər borusuna düşüb. 28 yaşlı oğlan xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.











