Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğularaq öldü

Sumqayıtda 33 yaşlı kişi dəm qazından boğularaq öldü

Sumqayıt şəhərində 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.\\Report