Pekində Trampın diplomatiyası Çin səddinə dirəndi - Nələr baş verir?

Pekində Trampın diplomatiyası Çin səddinə dirəndi - Nələr baş verir?

"ABŞ Prezidenti Donald Trampın Pekin səfəri zamanı Çin sədri Si Cinpinlə görüşündə maraqlı məqamlar yaşandı. Tramp şəxsi diplomatiya və qarşılıqlı iltifatlar dili ilə münasibətləri yumşaltmağa cəhd etsə də, Çin lideri dərhal sərt strateji şərtlər müstəvisinə keçərək Tayvan məsələsinin qırmızı xətt olduğunu bildirmiş və ABŞ-nin Pekinin planlarına mane olmamasını tələb etmişdir."

NOCOMMENT.az xəbər verir ki, politoloq Elçin Alıoğlu tərəflərin qeyd olunan görüş çərçivəsindəki davranışlarını və danışıqların əsas xüsusiyyətlərini şərh edib.

Ekspertin sözlərinə görə, diplomatik təbəssümlərin arxasında Vaşinqtona çox sərt mesajlar verilib: "Pekində keçirilən sammitdə ABŞ prezidenti Tramp Si Cinpinlə şəxsi diplomatiya və qarşılıqlı komplimentlər dili ilə danışmağa çalışdı, lakin Çin lideri söhbəti dərhal sərt strateji şərtlər müstəvisinə keçirdi. Pekinin əsas mesajı son dərəcə aydın idi:

Tayvan Çin üçün qırmızı xətdir və Vaşinqtonun Pekinin planlarına mane olmaq cəhdləri sabitlik və tərəfdaşlıq barədə bütün ritorikanı bir anda mənasızlaşdıra bilər. Təntənəli mərasimlərin, diplomatik tostların və gələcək haqqında parlaq ifadələrin arxasında isə əsas reallıq gizlənir: Çin artıq ABŞ-la kiçik tərəfdaş kimi deyil, öz qaydalarını diktə edən bərabər supergüc kimi danışır."

Turan

NOCOMMENT.az