Azərbaycanın deflimpiya üzrə yunan-Roma güləşi millisinə yeni baş məşqçi təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Deflimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Güləş Federasiyası tərəfindən əməkdar məşqçi İslam Cəfərov Deflimpiya milli komandasının Yunan-Roma güləşi üzrə yeni baş məşqçisi vəzifəsinə təyin olunub.











