Sumqayıtda 39 yaşlı qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb

Sumqayıtda 39 yaşlı qadını fotoları ilə şantaj edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.