Sumqayıtda qəza – iki avtomobil toqquşdu

Sumqayıtda qəza – iki avtomobil toqquşdu

Sumqayıt şəhərinin bulvar küçəsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, “Kia Rio” və “Ford” markalı minik avtomobilləri toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.