Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı uşaq ölüb

Sumqayıtda üzərinə şüşə düşən 12 yaşlı uşaq ölüb

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Fakt araşdırılır.