Sumqayıtda zəncirvari qəza — 3 maşın toqquşdu – VİDEO

Sumqayıtda zəncirvari qəza — 3 maşın toqquşdu – VİDEO

Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, qəza şəhərin Sülh prospekti istiqamətində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “HAVAL”, “BYD” və “Opel” markalı minik avtomobilləri toqquşaraq zəncirvari qəzaya səbəb olub.

Hadisə nəticəsində avtomobillərə ciddi maddi zərər dəyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, təhlükəsizlik tədbirləri görülüb.

Qəzanın hansı şəraitdə baş verdiyi araşdırılır.