Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən qamışlıq sahədə yanğın hadisəsi qeydə alınıb.
NOCOMMENT.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Salyan şosesi istiqamətində baş verib.
Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub və alovun söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.











