TƏCİLİ! "Sədərək"də dəhşətli anlar yaşandı - Naqillər partladı və... - VİDEO

TƏCİLİ! "Sədərək"də dəhşətli anlar yaşandı - Naqillər partladı və... - VİDEO

Bakının ən böyük ticarət obyektlərindən biri olan "Sədərək" Ticarət Mərkəzində həm sahibkarlar, həm də alıcılar arasında böyük təşvişə və qorxuya səbəb olan dəhşətli anlar yaşanıb. Mərkəzin qapalı korpuslarından birində yüksək gərginlikli elektrik xətlərində qəfil partlayışlar baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisəyə ilkin səbəb kimi yay mövsümü ilə əlaqədar ticarət mərkəzində soyutma sistemlərinin və digər elektrik avadanlıqlarının eyni anda işlədilməsi nəticəsində şəbəkədə yaranan kəskin yüklənmə göstərilir. Güclü gərginliyə tab gətirməyən naqillər qısaqapanma verərək ard-arda partlamağa başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, ticarət mərkəzinin tavan hissəsindən keçən magistral elektrik xətlərindən qığılcımlar sıçrayıb və tavanın bəzi hissələri tüstüləyərək yanmağa başlayıb.

Qapalı məkanda yaranan qatı tüstü və partlayış səsləri ərazidəki insanları ciddi təşvişə salıb, sahibkarlar mallarını qorumaq, vətəndaşlar isə təhlükəli zonadan uzaqlaşmaq üçün qaçışmağa başlayıblar. İntensiv qığılcımlar obyektdə hər an böyük bir yanğın fəlakəti qorxusu yaradıb.

Xoşbəxtlikdən insident zamanı xəsarət alan olmayıb. Hazırda qəzanın baş verdiyi ərazidə bərpa və təmir işləri aparılır.

Hadisə yerindən çəkilən həmin qorxulu görüntüləri təqdim edirik:

Sara,