Evdə yıxılan 36 yaşlı qadın öldü

Evdə yıxılan 36 yaşlı qadın öldü

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.

Yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. O, aldığı xəsarətlərdən tibb müəssisəsində vəfat edib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.