Lerikdə pəncərədən yıxılan 59 yaşlı kişi  öldü

Lerikdə pəncərədən yıxılan 59 yaşlı kişi öldü

Lerikdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə rayonun Livədirqə kəndində baş verib.

Kənd sakini 59 yaşlı Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evin pəncərəsindən, təqribən 3 metir hündürlükdən çay daşları üstündə yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.