Bakıda müşahidə olunan güclü külək təhlükəli vəziyyət yaradıb.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə quraşdırılmaq üçün binaların damında yığılan dam örtüklərinin küləyin təsirindən havaya sovrulduğu görünür.
Kadrlardan da məlum olur ki, dam örtükləri hələ binaya quraşdırılmayıb. Tikinti işləri çərçivəsində damda saxlanılan materiallar güclü külək nəticəsində yerindən tərpənərək ətrafa səpələnib.
Hadisənin hansı ünvanda baş verdiyi və nəticədə xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb. Vətəndaşlara güclü küləkli hava şəraitində tikinti aparılan binaların yaxınlığında ehtiyatlı olmaları tövsiyə edilir.
Sözügedən görüntüləri təqdim edirik.










