Türkiyənin Kırıkkale vilayətində yerləşən sursat anbarı və məhvetmə poliqonunda faciəvi hadisə qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, NTV-yə istinadən yayılan məlumata görə, poliqonda raket sursatının partlaması nəticəsində 2 nəfər həlak olub, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Əli Səfərli,
NOCOMMENT.az












