Yadigar Muradovla vida mərasimi ləğv edildi – SƏBƏB

Yadigar Muradovla vida mərasimi ləğv edildi – SƏBƏB

Əməkdar artist Yadigar Muradov ilə Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək vida mərasimi ləğv olunub.

Onun nəşi dəfn edilməsi üçün Badamdar qəbiristanlığına aparılıb.

Qeyd olunub ki, mərhumun ailəsi hava şəraiti ilə əlaqədar vida mərasiminin ləğv olunmasını istəyib.

***

Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.

O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.

Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.

***

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə teatrın “Facebook” hesabında paylaşım edilib.

Bildirilib ki, o, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub.

Xatırladaq ki, səhhəti pisləşən Yadigar Muradov oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.