52 yaşlı kişi öldürüldü, kürəkəni saxlanıldı

52 yaşlı kişi öldürüldü, kürəkəni saxlanıldı

Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***15:34

Cəlilabadda qətl hadisəsi baş verib.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Kənd sakini 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanaya çatdırılıb və orda ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Turab