Hazırkı küləyin sürəti açıqlandıbackend

Hazırkı küləyin sürəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, 08:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti dəyişib.

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.