Həbsxanada baş verən qarşıdurmada 12 nəfər öldübackend

Həbsxanada baş verən qarşıdurmada 12 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Amerika ölkəsi Ekvadorda həbsxanada rəqib dəstələr arasında qarşıdurma baş verib.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumata görə, qarşıdurma zamanı dəstə üzvlərindən 12 nəfər ölüb, 3 nəfər isə  yaralanıb.

Həbsxana müdiri Ronald Sançez mətbuata verdiyi açıqlamada həbsxanaya çoxlu təhlükəsizlik qüvvələrinin göndərildiyini və nəzarətin ələ alınmağa çalışıldığını bildirib.

Sosial mediada əks olunan görüntülərdə qarşıdurma səslərinin eşidilməsi və bəzi məhbusların yaralı halda həbsxanadan çıxarıldığı görünür.

Qeyd edək ki, Ekvadorda 30 min tutumlu 65 həbsxanada təxminən 39 min məhbus və məhkum var. Dəstələr arasında baş verən hadisələr bəzən ölümlə nəticələnir.

NOCOMMENT.AZ