Hərbi hissə komandirinin maşını məktəblini vurub öldürdübackend

Hərbi hissə komandirinin maşını məktəblini vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində – Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-ci il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.