Hərbi təlim təyyarələri havada toqquşdu: Ölənlər varbackend

Hərbi təlim təyyarələri havada toqquşdu: Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın paytaxtı Romada İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Cessna 208” tipli 2 hərbi təlim təyyarəsi havada toqquşub.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 2 pilot həlak olub.

Yanan iki təyyarədən biri dayanmış avtomobilin üzərinə, digəri isə boş əraziyə düşüb.

İtaliyanın baş naziri Corciya Meloni qəza ilə bağlı sosial media hesabından açıqlama verib: “Təyyarə qəzasında 2 Hərbi Hava Qüvvələri pilotunun həyatını itirdiyini bildirməkdən çox kədərlənirik. Hökumət adından həlak olanların ailələrinə, 60-cı donanmaya və bütün hava qüvvələrinə başsağlığı verirəm. Dualarımız onlarladır”.

NOCOMMENT.AZ