Müdafiə nazirinin təsdiq etdiyi qoşunların 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda briqada komanda-qərargah təlimləri keçirilir.
Müdafiə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, təlimə cəlb olunan birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilir ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunur.












