Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də Azərbaycana qarşı törətdiyi təxribat nəticəsində başlayan gərgin döyüşlər davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.
Düşmən Azərbaycanın dinc əhalisini hədəf alır, mülki vətəndaşlara qarşı dövlət terroru həyata keçirir.
Bu gün – oktyabrın 5-i döyüşlərin 8-ci günüdür. Bugünədək ermənilər Tərtər şəhərini və rayonun kəndlərini ağır artilleriya və raketlərdən atəşə tutur. Nəticədə mülki şəxslər həlak olur, yaralılar var. Lakin buna baxmayaraq, Tərtər sakinləri şəhəri tərk etmirlər.
Şəhər sakinləri Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər. Onlar qeyd edirlər ki, şəhər və kəndlərdə həyat öz axarı ilə davam edir, işğaldakı kəndlərimizin düşməndən azad olunması xəbərlərini isə böyük sevinclə qarşılayırlar.
Qeyd edək ki, sentyabrın 27-dən oktyabrın 4-dək düşmən Tərtərdə ümumilikdə 17 sosial obyektə, 250 evə ziyan vurub, 59 ev tamamilə dağıdılıb, 8 mülki şəxs həlak olub, 33 nəfər isə yaralanıb.












