Uzun müddətdir sual altında qalan Peşəkar Futbol Liqasının müqəddəratına aydınlıq gəlib.
NOCOMMENT.az xəbər verir ki, PFL yeni mövsümdə də çempionatının təşkilatçısı kimi fəaliyyətini davam etdirəcək.
Peşəkar Futbol Liqasının yeni prezidenti ilə bağlı seçkilərə gəldikdə isə, bu, iyulun 27-də baş tutacaq.
Əldə etdiyimiz məlumata görə, PFL-ın hazırkı prezidenti Elxan Səmədov seçkidə yeganə namizəd kimi iştirak edəcək. Bu isə növbəti dövr üçün Elxan Səmədovun yenidən prezident seçiləcəyi deməkdir.
Qeyd edək ki, Elxan Səmədov bu posta 2022-ci ilin iyulunda seçilib. Xitab24.az











