Erməni diversantların Zəngilanda gecə TƏXRİBATI – 2 nəfər əsir götürülüb

Erməni diversantların Zəngilanda gecə TƏXRİBATI – 2 nəfər əsir götürülüb

Erməni təxribatçılarının gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi ekspert Rizvan Hüseynov feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, 9 nəfərə yaxın diversant Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib. Diversantlardan bir neçəsi məhv edilib, ikisi isə əsir götürülüb.

Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca diversantların axtarışı əməliyyatını davam etdirir.

savash.org