MN: Düşmən Gorusdan Azərbaycan ərazilərini yenidən raket atəşinə tutub

MN: Düşmən Gorusdan Azərbaycan ərazilərini yenidən raket atəşinə tutub

Oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

“Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb”, – nazirlikdən bildirilib.