MN: Ermənistanın Gorus rayonundan Azərbaycan ərazisi raket atəşinə tutulub

MN: Ermənistanın Gorus rayonundan Azərbaycan ərazisi raket atəşinə tutulub

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

“Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək”, – deyə nazirliyin məlumatında vuğrulanıb.