Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NOCOMMENT.az-a bildirilib ki, bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.











