ABŞ-nin aviazərbələri nəticəsində İranda ölənlərin sayı AÇIQLANDI

ABŞ-nin aviazərbələri nəticəsində İranda ölənlərin sayı AÇIQLANDI

Yaxın Şərqdə münaqişənin yenidən gərginləşməsi zamanı son günlər İranda 260-dan çox insan xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kərmanpur sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, xəsarət alanların arasında 3 qadın və 6 azyaşlı var.

Məlumatına görə, nazirlik rəsmisi açıqlamasında ölənlərin də olduğunu qeyd edib: "Təəssüf ki, həlak olanlardan ikisi qadındır. Yaralananlardan 222 nəfəri isə müalicə olunduqdan sonra xəstəxanalardan evə buraxılıb".

Xatırladaq ki, tərəflər arasında gərginlik iyulun 8-də başlayıb. Həmin vaxt tərəflər qarşılıqlı zərbələr endirərək bir-birlərini əldə olunmuş razılaşmaları, o cümlədən imzalanmış memorandumu pozmaqda ittiham ediblər. ABŞ Prezidenti Donald Trampın qarşılıqlı anlaşma memorandumunu qüvvədən düşmüş elan etməsindən sonra da ABŞ və İran arasında qarşılıqlı zərbələrin endirilməsi davam edib.