ABŞ və İran arasında gərginliyin azaldılması və mümkün atəşkəs barədə diplomatik müzakirələrin getdiyi bir vaxtda Tehrandan Vaşinqtona növbəti sərt xəbərdarlıq gəlib.
NOCOMMENT.az xəbər verir ki, İranın ali rəhbərinin hərbi müşaviri, Məsləhət Şurasının üzvü və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sabiq baş komandanı Möhsün Rezai ABŞ-nin hərbi təhdidlərinə qarşı ölkəsinin kəskin addımlar ata biləcəyini bəyan edib.
İran mediasına istinadən yayılan məlumata görə, Möhsün Rezai Vaşinqton və Donald Tramp administrasiyasının çıxılmaz vəziyyətdə olduğunu vurğulayaraq bildirib ki, Hörmüz boğazında İrana qarşı yönələcək hər hansı hərbi fəaliyyət bölgədə nəzarəti qeyri-mümkün olan daha böyük müharibəyə yol açacaq. Rezai qeyd edib ki, əgər qarşı tərəf Hörmüz boğazına və İranın dəniz infrastrukturuna hücum edərsə, Tehran tətbiq edilən dəniz blokadasını yarıb keçəcək: "Belə bir ssenari baş verərsə, İran Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən (NPT) çıxmaq məsələsini nəzərdən keçirə bilər".
Sara












