“Tikinti sahəsində görüləcək işlərin dəyərinin hesablama metodologiyasında boşluqlar mövcuddur. Bu boşluqlar tikintinin müqavilə dəyərinin düzgün hesablanmamasına səbəb olur. Əsaslı xərclərin və nöqsanların tərkibində bu altqrupun payı nöqsanların üçdə birini təşkil edir”.
NOCOMMENT.az verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü plenar iclasında Palatanın 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
“Layihələrin icra dövründə işlərin ad və həcmlərində edilən dəyişiklərin ümumi məbləğə nisbəti müxtəlif səbəblərdən artır və bu halların sayının çoxalmasını da biz təqdir etmirik. Tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulu ləngiyir.
Aktivlərin balans dəyəri də doğru tanınmır. Əsaslı xərclər və nöqsanların tərkibində bu altqrupun sayı 36 paydan çoxdur. Hesab edirik ki, bu istiqamətdə hüquqi aktlara dəyişikliklər və icra mexanizminin gücləndirilməsinə nəzarət vardır”, – deyə sədr qeyd edib.










