Həyatın ölüm halından sığortası üzrə ödənişlər artdıbackend

Həyatın ölüm halından sığortası üzrə ödənişlər artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-may aylarında Azərbaycanda həyatın ölüm halından sığortası üzrə 12,227 milyon manat sığorta haqqı toplanılıb.

NOCOMMENT.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,65% azdır.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlər isə 1,601 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,1 dəfə çoxdur.

5 ay ərzində həyatın ölüm halından sığortası üzrə yığımlar ümumi yığımların 3,1%-ni, ödənişlər isə ümumi ödənişlərin 0,8%-ni təşkil edib. Bu nisbətlər ötən ilin eyni dövründə müvafiq olaraq 4,2% və 0,4% olub.