Hicri yeni il sabah başlayırbackend

Hicri yeni il sabah başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hicri 1445-ci il sabah başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, İslam təqviminin başlanğıcı kimi 1445 il əvvəl sonuncu Məhəmməd peyğəmbərin və onun səhabələrinin Məkkədən Mədinəyə hicrət etməsi qəbul edilir.

Məhərrəm ayının başlandığını elan edən Aypara ilk dəfə bu axşam Asiya qitəsinin cənubunda, demək olar ki, bütün Avropa və Afrika qitəsindən görünəcək.

Məhərrəm ayında oruc tutmaq, aşura bişirib paylamaq, Peyğəmbərin nəvəsi Hüseynin və Kərbəlada şəhid olanların xatirəsini yad etmək İslam cəmiyyətlərinin mühüm ənənələrindəndir.

Aşura günü hicri ilin birinci ayı olan Məhərrəm ayının 10-cu gününə təsadüf edən iyulun 28-i cümə günü qeyd olunacaq.