Hikmət Hacızadə vəfat etdibackend

Hikmət Hacızadə vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

NOCOMMENT qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bu barədə yaxınları məlumat veriblər. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları – bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Xatırladaq ki, Hikmət Hacızadə Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.