Hindistanda yeni virus yayılıbbackend

Hindistanda yeni virus yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Səhiyyə rəsmiləri Nipah virusundan ölüm hallarının 40-70 faiz arasında dəyişdiyini qeyd edib. 

NOCOMMENT.az xəbər verir ki, Koronavirus epidemiyası zamanı çətin günlər yaşayan və səhiyyə infrastrukturu qeyri-kafi olan Cənubi Asiya ölkəsi Hindistan indi Nipah virusuna qarşı hərəkətə keçib. Qeyd olunub ki, Nipah  nəticəsində ölümlər koronavirusla müqayisədə daha çoxdur.

Hindistan Tibbi Araşdırmalar Şurasının baş direktoru Rajeev Bahl Nipah virusu bağlı açıqlama verib. Koronavirusdan ölüm nisbətinin 2-3 faiz olduğunu bildirən Bahl, Nipah virusunun ölümcüllüyünün 40-70 faiz olduğunu qeyd edib. Bəhl Virusun yayılmasına nəzarət etmək üçün əllərindən gələni etdiklərini bildirdi. “Biz halların niyə daavm etdiyini bilmirik. 2018-ci ildə Keraladakı epidemiyanın yarasalarla əlaqəli olduğunu görmüşdük, infeksiyanın yarasalardan insanlara necə keçdiyinə əmin deyilik”.

Qeyd edək ki, Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi simptomlarla qripə bənzər bir vəziyyət inkişaf edə bilər. Növbəti mərhələdə başgicəllənmə, yorğunluq və şüurun dəyişməsi baş verə bilər.

Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya halında yayılmağa başlayıb.