Hollandiyada aksiya keçirən 1579 nəfər saxlanıldıbackend

Hollandiyada aksiya keçirən 1579 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada polis qalıq yanacaqlardan istifadəni dayandırmaq üçün inzibati paytaxt Haaqada parlamentə aparan A12 əsas yolunun son hissəsini bağlayan iqlim fəallarına təzyiqli su ilə müdaxilə edib.

NOCOMMENT.az xəbər verir ki, neft, kömür və qazdan istifadəyə son qoyulmasını tələb edən nümayişçilər hökumətin qalıq yanacaq siyasətini tənqid ediblər.

Etirazçılar uzun müddət yolda oturaq aksiya keçirib, əllərində “Qalıql yanacaq sənayesinə subsidiya verməyi dayandır”, “Dünyaya xeyirxah davran” və s kimi yazılmış plakatlar tutublar.

Haaqa polisi “Twitter”də verdiyi açıqlamada 1579 nəfərin saxlanıldığını bildirib.

NOCOMMENT.AZ