Hollandiyada Qurani-kərimə hücum olubbackend

Hollandiyada Qurani-kərimə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyada irqçi və ifrat sağçı Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək Qurani-Kərimi yenidən cırıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin Haaqadakı səfirliyi qarşısında etiraz aksiyası keçirən Vaqensveld Qurandan qopardığı vərəqləri yerə ataraq, keçən ay cırdığı Quranı səfirlikdən geri tələb edib.

Türkləri və Türkiyəni də təhqir edən Vaqensveld Quranı cırarkən onu qoruyan polisə təşəkkür edib. Son zamanlar İsveç, Danimarka və Hollandiyada Qurani-Kərimə hücumlar intensivləşsə də, bu təxribatlara yol verilməsi ciddi reaksiya ilə qarşılanır.