Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahilləri yaxınlığında gəmi ilə bağlı daha bir insidentin baş verməsi barədə məlumat yayıb.
NOCOMMENT.az-ın xəbərinə görə, bu barədə mərkəzin yaydığı rəsmi bəyanatda bildirilib.
“UKMTO-ya Omandan şərqə doğru üç dəniz mili (5,5 kilometr) məsafədə baş vermiş hadisə ilə bağlı məlumat daxil olub. Kapitan gəminin yanına mərmi düşdüyünü, suyun sıçradığını gördüyünü qeyd edib”, – deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, sözügedən insident kruiz gəmisi ilə yaşanıb.
Bəyanatda həmçinin gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunub.










