Hörmüz boğazında yük gəmisi mərmi zərbəsindən sonra yanmağa başladıbackend

Hörmüz boğazında yük gəmisi mərmi zərbəsindən sonra yanmağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında yük gəmisinin hücuma məruz qaldığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, qurumun məlumatına görə, gəmi Omanın şimalında mərmi zərbəsi nəticəsində zədələnib və bundan sonra gəmidə yanğın başlayıb. Bildirilir ki, hadisədən sonra ekipaj üzvləri gəmini tərk edərək təxliyəyə başlayıblar.

Qeyd edək ki, dünya üzrə neft və təbii qaz ticarətinin təxminən beşdə biri məhz Hörmüz boğazından keçir.

Bundan əvvəl UKMTO Birləşmiş Ərəb Əmirliklərinin Rəs əl-Xeymə sahilləri yaxınlığında da başqa bir gəminin hücuma məruz qaldığını bildirmişdi.

Aliyə
NOCOMMENT.az