Hraparak: Qasparyana qoşulanlar ordudan uzaqlaşdırılırbackend

Hraparak: Qasparyana qoşulanlar ordudan uzaqlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hakimiyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın Ermənistanın baş nazirinin istefasını tələb edən bəyanatına qoşulan idarə rəislərindən, generallardan qurtulmaqda davam edir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: “2022-ci il fevralın 18-də prezident səlahiyyətlərini icra edən Alen Simonyan Baş nazirin təklifi ilə Romik Marqaryanın Ermənistan silahlı qüvvələrinin maddi-texniki təminat idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Bir il əvvəl, 2021-ci il fevralın 25-də Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı bəyanat yayıb:

Ermənistanın Baş naziri və hökuməti kritik və taleyüklü vəziyyətdə adekvat qərarlar qəbul etmək iqtidarında deyil. Uzun müddət silahlı qüvvələri onu gözdən salmağa yönəlmiş hazırkı hakimiyyətin şifahi hücumlarına səbirlə dözüb, lakin hər şeyin öz həddi var. Silahlı qüvvələr üzərinə düşən vəzifəni şərəflə yerinə yetirdi.

Mövcud hakimiyyətin səmərəsiz idarəçiliyi, xarici siyasətdəki ən ciddi səhvlər ölkəni iflasa uğratmaq həddinə çatdırıb. Silahlı qüvvələr Ermənistan Respublikasının baş naziri və hökumətinin istefasını tələb edir.

Bəyanatı Müdafiə Nazirliyinin bir sıra rəsmiləri, o cümlədən Ermənistan ordusunun iarəsinin rəisi, general-mayor Romik Marqaryan imzalayıb”.