Husi üsyançıları Amerika gəmisinə hücum edibbackend

Husi üsyançıları Amerika gəmisinə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin üsyançı husi hərəkatı “Ənsar Allah” (husilər) Qırmızı dənizdə Amerika gəmisinə hücum etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hərəkatın hərbi sözçüsü Yəhya Səriyyənin sözlərinə görə, husilər “Star İris” ticarət gəmisinə hücum ediblər. O bildirib ki, hücumçular gəmini ABŞ-a məxsus kimi tanıyıblar.

Sarinin sözlərinə əsasən, raket zərbələri dəqiq və dağıdıcı olub. Zərbələr, gəmi əleyhinə raketlərdən istifadə edilməklə ABŞ-a aid olan “Star İris” ticarət gəmisinə endirilib.