İcarəyə götürdüyü Gelandewagen-lə qocanı vurubbackend

İcarəyə götürdüyü Gelandewagen-lə qocanı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT-in məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Mercedes Gelandewagen” avtomobili vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır.