İcra başçısı şəhidin anım günündə iştirak etməyib? – AÇIQLAMA – FOTObackend

İcra başçısı şəhidin anım günündə iştirak etməyib? – AÇIQLAMAFOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkədə Gədəbəy rayon icra başçısı vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyevin Vətən Müharibəsinin şəhidi Elfaq Nağıyevin anım gününə qatılmaması ilə bağlı xəbər yayılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhidin qardaşı Elvan Nağıyev Feysbukdakı paylaşıma şərh yazaraq bildirib:

“Hər kəs gərək, olduğu kimi danışa. İstər rayon rəhbərliyi, istərsə də yanında gələn digər dövlət işçiləri nə qardaşımın məzarını ziyarət etdi, nə də məktəbdəki anım tədbirinə qatıldı”.

Məsələ ilə bağlı Gədəbəy rayon İH-ilə əlaqə saxladıq.

İcra Hakimiyyətinin Humanitar məsələlər şöbəsinin müdir müavini Qədir Bağırov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Şəhid Elfaq Nağıyevin anım mərasimində rayon rəhbərliyinin iştirak etməsi ilə bağlı paylaşım və şəkillər icra hakimiyyətinin Feysbuk səhifəsində var. Əgər mərasimdə rayon rəhbərliyi, dövlət qurumları iştirak etməyibsə, o zaman şəkillər harada çəkilib?”.

NOCOMMENT xəbər verir ki, şəhidin dayısı Sarvan Tağıyev Bakupost.az -a açıqlamasında məsələyə aydınlıq gətirib:

“İcra Hakimiyyəti hər zaman bizə diqqət göstərib. Anım günündə icra başçısı gəlib iştirak etdi, oturdu, bizimlə maraqlandı. Sadəcə səhhətində problem olduğu üçün məzar ziyarətində iştirak edə bilmədi”.

Bakupost