Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” şirkəti ilə satınalma müqaviləsi bağlayb.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, müqavilədə Gəncə İdman Sarayının tikinti-quraşdırma işləri (o cümlədən avadanlıqların quraşdırması, işə baxılması və sınaq işlərinin aparılması) nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 12 000 000 manatdır.
Qeyd edək ki, “Rövşən Oğuz Qrup” şirkətinin əsası 1991-ci ildə qoyulub. 1994-cü ildə Rövşən kiçik müəssisəsinin əsasında Rövşən Oğuz İstehsalat şirkəti yaradılıb.
1996-cı ildə Rövşən Oğuz İstehsalat şirkətinin bazasında Rövşən Oğuz İnşaat və 2002-ci ildə Rövşən Oğuz Servis törəmə şirkətləri fəaliyyətə başlayıb.
Bundan sonra həmin şirkətlər 2009-cu ildə “Rövşən Oğuz Qrup” adı altında birləşib. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Cari oğludur.
Bu məlumatlar şirkətin saytında qeyd edilib.