Afrika Millətlər Kubokuna 2025-ci ildə Mərakeş, 2027-ci ildə isə Keniya, Tanzaniya və Uqanda ev sahibliyi edəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası məlumat paylaşıb.
1988-ci ildən sonra ikinci dəfə təşkilata ev sahibliyi edəcək Mərakeş də Portuqaliya və İspaniya ilə 2030-cu il dünya çempionatını birgə təşkil etməyə namizəd olub.












