Sumqayıt Elektrik Şəbəkəsində rəhbər dəyişikliyi olub.
NOCOMMENT.az-ın məlumatına görə, "Azərişıq" ASC-nin "Şimal" Regional Enerji Təchizatı və Satışı İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Elektrik Şəbəkəsinə yeni rəhbər təyin edilib.
Müvafiq qərara əsasən, quruma rəhbərlik bundan sonra Ərşad Abbaszadə tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, Sumqayıt Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışmış Aqil Xəlilov isə yeni təyinat alaraq Hacıqabul Rayon Elektrik Şəbəkəsinin rəisi təyin olunub. (Teleqraf.az)











