Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Xəbərdə "İnter"in ulduzu Hakan Çalhanoğlunun yeni mövsümdən etibarən "Fənərbaxça"nın şərəfini qoruyacagı vurğulanıb.
Mətbuatın yazdığına görə, bu barədə "Fənərbaxça" prezidentliyinə namizəd Hakan Safi açıqlama verib. O, Çalhanoğlu ilə razilığa gəldiklərini bildirib. İstanbul təmsilçisinin mükəmməl oyunu ilə Avropanı fəth edən türk futbolçu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 30 oyuna çıxıb. O, 12 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb./Metbuat.az/











