Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
NOCOMMENT.az xəbər verir ki, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltadan (15:14) güclü olub./Oxu.Az/











