İspaniyanın “Barselona” klubunun futbolçusu Fermin Lopes iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, buna 22 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub.
İspaniyalı oyunçu bu gün məşqdə sağ ayağından zədə alıb.
Əvəzində Kataloniya təmsilçisinin digər yarımmüdafiəçisi Pedri artıq məşqlərə başlayıb.












