Azərbaycan U-17 milli komandasının böyük məşqçisi olan Hacı Əliyev bu barədə açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, 3 qat dünya və 4 qat Avropa çempionu bunları deyib:
“Açığı, bu təyinatı gözləyirdim . Məşqçilik və idmançı olmaq arasında fərq çoxdur.
Məsuliyyətimiz artacaq. Həm komandanın nəticəsində, həm də nizam-intizamına cavabdeh olacam. 17 yaş ən çətin yaş qrupudur. Bu yaşda uşaqlarla çalışmaq çətindir. Çünki onların səhvləri üzərində işləmək lazımdır, düzgün güləşməyi öyrətmək lazımdır. Düzgün yetişdirib böyük yaş qruplarına yola salmaq lazımdır. Mənim üçün çətin vəzifədir.
Amma burda tək deyiləm, inandığım, güvəndiyim məqçilərlə işləyəcəm. Onların mənə kömək edəcəyinə inanıram. Əsas məqsədimiz bu il Bakıda keçiriləcək yeniyetmələrin dünya çempionatında uğurlu çıxış etməkdir”.“Qafqazinfo”












