ÇL-də görünməmiş hadisə: “Barselona”lı futbolçu tualetə getdi, geri qayıtmadı

ÇL-də görünməmiş hadisə: “Barselona”lı futbolçu tualetə getdi, geri qayıtmadı

UEFA Çempionlar Liqasının H qrupunun ikinci həftə matçında “Porto” “Barselona”nı qəbul edib. “Barselona”nın gənc futbolçusu Lamine Yamal “Porto” matçının 70-ci dəqiqəsində tualetə getmək üçün meydanı tərk edib və bir daha matça qayıtmayıb. 

NOCOMMENT.az  “Hürriyet”ə istinadla xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi matçdan sonra məsələ ilə bağlı açıqlama verib:

“Yamal xəstə idi. Ağrıları vardı və bir müddətdir ki, bunu mənə deyirdi. Oyun dayananda tualetə getmək istədi. İcazə verib dərhal qayıtmasını xahiş etdim, getdi, amma qayıtmadı”.

Təxminən 10 dəqiqə 10 futbolçu ilə oynayan “Barselona”da Lamine Yamal 80-ci dəqiqədə Markos Alonso ilə əvəzlənib.

Qeyd edək ki, görüş İspaniya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.